Daha çox CIES kimi tanınan Beynəlxalq İdman Araşdırmaları Mərkəzi Türkiyə liqasındakı ən dəyərli oyunçuların reytinqini tərtib edib. Sport24.az xəbər verir ki, ilk "üçlük"də legionerlər yer alıb.
"Fənərbaxça"nın hücumçusu Meyson Qrinvud 55,1 milyon avro dəyərlə siyahıda birinci yeri tutub. "Qalatasaray"ın hücumçusu Viktor Osimhenin dəyəri 51 milyon avro təşkil edir. O, ikinci yerdədir. "Qalatasaray"ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov isə 45,4 milyon avro dəyərlə İlk "üçlüy"ü tamamlayır.
Qeyd edək ki, Batrakov ötən yay Moskva "Lokomotiv"indən "Qalatasaray"a keçib. O, Çempionlar Liqasının Liqa mərhələsində "Barselona"ya qarşı oyunda (1:4 hesablı məğlubiyyət) fərqlənib. Rsuiyalı futbolçu üçüncü turda "Lill"lə matçda da (4:2) qol vurmağı bacarıb.