Millətlər Liqasının A Liqası, 2-ci qrupunun beşinci turunda keçiriləcək Serbiya – Almaniya matçı azarkeşsiz baş tutacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial media hesabında paylaşım edib.
Ali futbol qurumu Serbiya millisinin əvvəlki ev oyunlarında azarkeşlərin davranışlarına görə Serbiya Futbol Assosiasiyasını cərimələyib. Belə ki, sentyabrda Yunanıstan (1–2) və Niderlanda (1–2) qarşı keçirilən oyunlarda yerli azarkeşlər irqçi ifadələrdən istifadə edib və ayrı-seçkilik xarakterli şüarlar səsləndiriblər.
Qeyd edək ki, Serbiya hazırda Millətlər Liqasında A Liqasının 2-ci qrupunda sonuncu pillədə qərarlaşıb. Komanda indiyədək keçirdiyi dörd oyunun hamısında məğlub olub. Almaniya isə beş xalla üçüncü yerdədir. Beşinci turun qarşılaşması noyabrın 5-də Belqradda keçiriləcək.