"Araz-Naxçıvan"la oyunun çətin olacağını bilirdik. Oyuna yaxşı hazırlaşmışdıq". Bu sözləri Sport24.az saytına açıqlamasında "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov deyib.
O, son turda "Araz-Naxçıvan"la heç-heçəni (1:1) şərh edib:
"Evdə oynayanda hava, meydança və azarkeş amili bizə böyük üstünlük verir. Ona görə də rəqiblər Şamaxıya gələndə çətinlik çəkirlər. İlk hissədə üstün oynadıq, hətta fərqlənsək də, ofsayd səbəbindən qol qeydə alınmadı. Matçda komandamın yeganə qolunun müəllifi olduğu üçün sevincliyəm. Oyunda qalib də gələ bilərdik. Bitiriciliyimiz yaxşı alınmırdı. 6 oyuna 6 xal bizi qane edir. Mövsüm çox çətin keçir. Keyfiyyətli futbolçular var, komandaların demək olar ki, hamısı güclənib. Mövsümü bacardığımız qədər yuxarı pillədə başa vurmağa çalışacayıq".
Qeyd edək ki, "Şamaxı" Misli Premyer Liqasının 6 turundan sonra 6 xalla 9-cu pillədə qərarlaşıb.