Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb. Sport24.az xəbər verir ki, üzgüçülük yarışında Süleyman İsmayılzadə bütün rəqiblərini qabaqlayıb.

 

O, sərbəst üsulla 400 metr məsadədə üzmədə qızıl medala yiyələnib.

 

Rusiya təmsilçilərindən Aleksandr Filipets gümüş, Boqdan Toropkin bürünc mükafata sahib çıxıb.

 

Qeyd edək ki, hazırda 2-ci pillədə olan Azərbaycanın aktivində 8 qızıl, 21 gümüş, 31 bürünc medal var. Siyahıya Rusiya (59 qızıl, 17 gümüş, 12 bürünc medal) başçılıq edir. III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Oyunlara 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb.