"Qarabağ" UEFA-nın reytinq cədvəlində mövqeyini yaxşılaşdırıb. Sport24.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin Çempionlar Liqasının II turunda evdə "Kopenhagen"ə (Danimarka) qalib gəlməsi (2:0) sayəsində mümkün olub.

 

UEFA-nın saytında açıqlanan reytinqdə ağdamlılar daha 4 pillə irəliləməyə nail olub. Onlar 55-ci yerdən 51-ci pilləyə yüksəlib.

 

Qeyd edək ki, "Qarabağ"ın aktivində hazırda 31,000 əmsal var. Reytinqə isə "Real" başçılıq edir (127,500).