Qadın voleybolçulardan ibarət "Abşeron" komandasının yeni baş məşqçisi məlum olub. Sport24.az xəbər verir ki, bu vəzifəyə Haluk Korkmaz gətirilib.

 

Türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.

 

Onun köməkçisi bolqarıstanlı Blaqovest Todorov olacaq.

 

Korkmaz son olaraq ölkəsində "Nilüfer Belediyespor"da işləyib.