Misli Premyer Liqasının 6-cı turunun "Sabah" – "Sumqayıt oyunundan (1:1) sonra qonaqların baş məşqçisi Saşa İliç fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bildirdi…
"Çox çətin oyun keçdi. Əslində 1 xal qazandıq, amma hesab edirəm ki, biz keçən turlarda çox xallar itirmişik. Bugünkü rəqib keçən turdakı rəqibimizdən daha güclü idi".
– Sizcə, oyunçular uzun müddət yerdə qalaraq öz komanda yoldaşlarının diqqətini pozmurdu?
– Burada qeyri-adi heç nə görmürəm. Bu, adi oyun epizodlarıdır. Belə güclü rəqiblərlə oynayanda çalışmalısan ki, əlinə düşən fürsətlərdən maksimum istifadə edəsən. Oyunçularımdan razıyam, bacardıqları hər şeyi etdilər.
– Oyundakı hakimlik barədə nə düşünürsünüz?
-O barədə danışmaq istəmirəm.
– Bu oyunda aldığınız nəticə komandanız üçün "qara zolağın" sonu sayıla bilərmi?
– Keçən iki turda, həm " İmişli", həm də "Neftçi"ilə oyunda biz qələbəyə daha yaxın idik. Amma bu dəfəki oyunda "Sabah" bizdən qat-qat güclü idi. Amma biz hələ də çalışırıq. Hələ də elə oyunçular var ki, optimal formalarına düşməyiblər, uyğunlaşmayıblar. Heyətimizdə hələ də oyunçular baxımından bəzi problemlərimiz var. Amma biz hələ də işimizə davam edirik