"İnter" "Mançester Siti"dən Manuel Akanjini transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, "nerazzura" 30 yaşlı futbolçu 15 milyon avro ödəməyə hazırdır.

 

İsveçrəlinin "Mançester Siti" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

 

Akanji hazırda "İnter"də icarə əsasında çıxış edir. İsveçrə millisinin üzvü karyerası ərzində "Vintertur", "Bazel", "Borussiya"(Dortmund) klublarında oynayıb.