"İnter Mayami"nin kapitanı Lionel Messi klubu ilə yeni müqavilənin bütün şərtlərinə razılaşıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
38 yaşlı argentinalının hazırkı müqaviləsi ilin sonuna qədərdir.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Messinin 2026-cı il dünya çempionatı və 2028-ci il Amerika kuboku ilə əlaqədar klubla müqaviləsini 2028-ci ilin sonuna qədər uzatmaq istədiyi barədə xəbərlər yayılmışdı.