Baş məşqçi Hans-Diter Flik, "Barselona"nın qapıçısı Joan Qarsiyanın zədəsi sonrası 35 yaşlı Voitsex Şensnıya güvəndiyini bildirib. Sport24.az xəbər verir ki, klubdan verilən məlumata əsasən, ispaniyalı qapıçının sol dizində daxili menisk yırtığı diaqnozu qoyulub və o, dörd-altı həftəlik müalicə alacaq.
"Joan Qarsiyanın zədəsi xoşagəlməzdir, amma bizdə Şensnı var. Keçən mövsüm onunla üç titul qazanmışdıq", - Flik vurğulaylb.
2024/2025 mövsümündə "Barselona" İspaniya çempionu olub, ölkə Kuboku və Superkubokunu qazanıb. Polşalı qapıçı bütün turnirlərdə 30 oyunda iştirak edib və onlardan 14-də qapısını toxunulmaz saxlayıb.