"İnter Mayami"nin argentinalı hücumçusu və kapitanı Lionel Messi ispaniyalı yarımmüdafiəçi və komanda yoldaşı Serxio Busketsin bu mövsümün sonunda karyerasını bitirmək qərarına münasibət bildirib. Sport24.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
"Demək olar ki, əvvəldən axıra kimi birlikdə... Sənin futbolundan həzz almaq böyük şərəf idi, Busi. Və bizim də çox az vaxtımız qalıb".
Qeyd edək ki, Messi və Buskets "Barselona"nın gənclər və böyüklərdən ibarət komandalarında birlikdə 13 tam mövsüm keçiriblər. Onlar həmçinin "İnter Mayami"də bir mövsüm keçirdilər.
Buskets 30-dan çox titul qazanmaqla dünya futbol tarixinin ən çox mükafat alan oyunçularından biridir.