Millinin baş məşqçi postuna kimin təyin olunacağı yaxın günlərdə məlum olacaq. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun ölkənin əsas komandasının "sükanı arxasında" qalıb-qalmayacağı gələn həftə məlum olacaq. Assosiasiya ilə 44 yaşlı mütəxəssis arasında danışıqlar davam edir.

 

Bu arada məsələ ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Etibarlı mənbədən bizə ötürülən bilgiyə əsasən, Abbasovla razılıq əldə olunmayacağı təqdirdə baş məşqçi postu əcnəbi mütəxəssisə tapşırılacaq. Artıq bu yöndə ilkin danışıqlar olub və razılıq əldə edilib. Mənbəmizin sözlərinə görə, rəsmilər ehtiyat variant kimi vaxtilə yığmanı çalışdırmış Robert Prosineçki ilə təmas qurublar və xorvatiyalı mütəxəssis yenidən Azərbaycanda işləməyə isti yanaşıb.

 

Qeyd edək ki, 56 yaşlı xorvat 2014-cü ilin dekabrından 2017-ci ilin noyabrına qədər Azərbaycan yığmasının baş məşqçisi olub.