Misli Premyer Liqasının VI turunun ikinci oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" öz meydanında "Karvan-Yevlax"ı qəbul edir.

 

Mövsümdə ilk qələbəsini ötən tur rəsmiləşdirən "ağ-qaralar"ın elitanın debütantı ilə oyuna da 3 xal üçün çıxacağı heç kimdə şübhə doğurmur. Ardıcıl iki matçda məğlub olan Yevlax klubu səfərdən bir xalla dönsə belə bunu bölgə klubunun aktivinə yazmaq olar. 

 

Qeyd edək ki, turun digər 2 qarşılaşması - "Turan Tovuz" - "Kəpəz" və "Sabah" - "Sumqayıt" matçları sabah keçiriləcək.

 

Misli Premyer Liqası

I dövrə, VI tur

19:00. "Neftçi" - "Karvan-Yevlax"

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bakı. "Neftçi Arena"