"Benfika"nın prezidenti Rui Kosta komandanın baş məşqçisi Joze Mourinyonun maaşı ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "A Bola"ya açıqlama verib:

 

"İlk mövsümündə üç milyon avro, ikinci mövsümündə isə dörd milyon avro? Bəli, təxminən o qədərdir. Bu, Mourinyonun Portuqaliyadan ayrıldıqdan sonra aldığı ən kiçik maaşdır. Onun "Benfika"da işləmək istəyi məni inandırdı ki, o, hazırda klub üçün mükəmməl seçimdir".

 

Qeyd edək ki, "Benfika" bu mövsüm Mourinyonun rəhbərliyi altında 3 oyun keçirib, 2 qələbə qazanıb və 1 heç-heçə edib.