İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Lamin Yamal məşqlərə qayıdıb. Sport24.az xəbər verir ki, bu barədə 18 yaşlı oyunçu sosial şəbəkə hesabında paylaşım edib.

 

Qeyd edək ki, o, avqustun 23-də La Liqada "Levante" ilə oyunda qasıq nahiyəsindən zədələnmişdi.

 

Xatırladaq ki, Lamin Yamal cari mövsüm İspaniya çempionatında üç matçda iki qol vurub və iki məhsuldar ötürmə edib.