Baş məşqçi Domeniko Tedesko "Fənərbaxça"dakı postunu itirmək üzrədir. Sport24.az xəbər verir ki, klubun yeni rəhbərliyi zəif nəticələrdən sonra mütəxəssisə ultimatum verib.

 

Ona komandada vəziyyəti 3 oyuna düzəltməli olduğu bildirilib. Sərt qərarın səbəbi Avropa Liqasında Zaqreb "Dinamo"suna 1:3 hesablı məğlubiyyət olub.

 

Tedesko rəhbərliyi altında komanda 4 oyunda cəmi bir qələbə qazanıb. Postunu qorumaq üçün baş məşqçi qarşıdakı "Antalyaspor", "Samsunspor" və "Nitsa" ilə görüşlərdə qələbə təmin etməlidir.