Misli Premyer Liqasının VI turunun ilk oyun gününə Suraxınada yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Qarabağ" "doğma divalar" arasında "Qəbələ"ni qonaq edir.

 

Heç şübhəsiz ki, oyunun favoriti meydan sahibləridir. Ancaq ötən tur mövsümdə ilk qələbəsini rəsmiləşdirən "Qəbələ"nin də asan təslim olacağını söyləmək olmaz. Kaxaber Tsxadadzenin əsasən gənclərdən qurulmuş komandası əvvəlki görüşlərdə əzmkarlığı ilə yadda qalıb.

 

Qeyd edək ki, turun digər oyunları sabah və birigün keçiriləcək.

 

Misli Premyer Liqası

I dövrə, VI tur

19:00. "Qarabağ" - "Qəbələ" 1:0 (İkinci hissə)

Qol: Abdullah Zubir, 16

Qırmızı vərəqə: Prins Ovusu, 1 ("Qəbələ")

 Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Bakı. "Azersun Arena".

 

"Qarabağ": 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 11. Emmanuel Addai 17. Kamilo Duran

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 32. Hikmət Cəbrayılzadə 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk

Baş məşqçi: Qurban Qurbanov

"Qəbələ": 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 28. Murad Musayev 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 7. Rüfət Əhmədov 66. Nuğay Rəşidov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 70. Paulo Quimbila

Baş məşqçi: Kaxaber Tsxadadze