Qırğızıstanın "Ozqon" klubunda çıxış edən azərbaycanlı futbolçu Orxan Əliyevin Sport24.az-a müsahibəsi
- Legioner həyatınız necə keçir?
- Çox şükür, hər şey yaxşıdır. Komandamda müntəzəm olaraq matçlara çıxıram, qollar da vururam. Hər şey qaydasındadır.
- Ölkəyə uyğunlaşmaqda çətinlik çəkmədin?
- Xeyr. Çox da çətin olmadı. Çünki məni yaxşı qarşıladılar. İstər məşqçilər, istərsə də, oyunçular
- Bu ölkəyə yollanmağa necə qərar verdin?
- İlk növbədə menecerimə təklif gəlmişdi. Mən də danışdım, məsləhətləşdim və sonda qəbul etdim. Qərarımdan da peşman deyiləm.
- Azərbaycandan təklif olmadı?
- Var idi. Sadəcə, ölkədən çıxmaq, legioner həyatı yaşamaq istəyirdim.
- Mirabdulla Abbasov, İlkin Muradov da bu ölkədə çıxış edir. Münasibətiniz necədir?
- Əlaqəmiz var. Arada danışırıq, oyunda da görüşmüşük.
- Özünü orada yaxşı tərəfdən göstərə bilsən, milliyə dəvət ala biləcəyinə inanırsan?
- Əlbəttə. Mən də yığmada çıxış etmək istəyirəm. Bunu hər bir oyunçu arzulayır.