Ronald Arauxo 2031-ci ildə başa çatacaq müqaviləsinin sonuna kimi karyerasını "Barselona"da davam etdirmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 26 yaşlı uruqvaylı futbolçu "Barselona" ilə Çempionlar Liqasını qazanmaq arzusundadır və karyerasını Kataloniya klubunda başa vurmaqdan xoşbəxt olacağını bildirib. Arauxo hesab edir ki, onun oyun tərzi və şəxsiyyəti "Barselona"nın keçmiş kapitanı və müdafiəçisi Karles Puyolunkinə bənzəyir.

 

Qeyd edək ki, müdafiəçi 2020-ci ildən "Barselona"da çıxış edir. Bu müddət ərzində o, komandanın heyətində 180 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.