Misli Premyer Liqasının VI turunun ikinci oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" öz meydanında "Karvan-Yevlax"ı qəbul edir.
Mövsümdə ilk qələbəsini ötən tur rəsmiləşdirən "ağ-qaralar"ın elitanın debütantı ilə oyuna da 3 xal üçün çıxacağı heç kimdə şübhə doğurmur. Ardıcıl iki matçda məğlub olan Yevlax klubu səfərdən bir xalla dönsə belə bunu bölgə klubunun aktivinə yazmaq olar.
Qeyd edək ki, turun digər 2 qarşılaşması - "Turan Tovuz" - "Kəpəz" və "Sabah" - "Sumqayıt" matçları sabah keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, VI tur
19:00. "Neftçi" - "Karvan-Yevlax" 0:0 (Birinci hissə)
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bakı. "Neftçi Arena"
"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 17. Murad Xaçayev 77. Falaye Sako 6. Sessi Dalmeyda 24. Mustafa Sek 9. Bassala Sambu 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 14. Edvin Kuç 27. Kristian Kostin 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Samir Abasov
"Karvan-Yevlax": 1. Kamran İbrahimov 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 2. Şakil Sno 12. Vitor Roşa 11. Kayl Spens 19. Tompson Qavi 3. Said İranxan 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 37. Mois Nqvisani 10. Samuel Durrant
Baş məşqçi: Azər Həşimov