Xorvatiya çempionatında 8-ci tura start verilib. Sport24.az xəbər verir ki, Rüfət Abdullazadənin şərəfini qoruduğu "Varajdin" "doğma divarlar" arasında "Vukovar"la üz-üzə gəlib.

 

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Abdullazadə əsas heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 8 turdan sonra aktivində 12 xal olan "Varajdin" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.