Misli Premyer Liqasının VI turunda keçirilmiş "Neftçi" - "Karvan-Yevlax" oyununda futbolçular arasında insident yaşanıb. Sport24.az xəbər verir ki, oyunun sonunda hər iki komandanın futbolçuları mübahisə ediblər. 

 

Buna Yevlax təmsilçisinin üzvü Kayl Spensin əvəzlənərkən ləngiməsi səbəb olub.

 

Hətta final fitindən sonra "Neftçi"nin kapitanı Emin Mahmudov hakimlər briqadasına iradlarını çatdırıb. Sonda sarı vərəqə ilə cəzalanıb.

 

Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.