"Əl-İttihad"ın baş məşqçisi Loran Blan istefa verib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Komanda Səudiyyə Ərəbistanı Premyer Liqasının 4-cü turunda "Əl-Nəsr"a 2:0 hesabı ilə uduzduqdan sonra 59 yaşlı fransızla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, Blan 2024-cü ilin iyul ayından "Əl-İttihad"ı çalışdırırdı. Komanda onun rəhbərliyi altında Səudiyyə Ərəbistanı çempionu olub və kuboku qazanıb.