"Mançester Yunayted" rəhbərliyi qış transfer dövründə "Everton"un müdafiəçisi Carrad Brantveytlə bağlı danışıqlara qayıtmağı planlaşdırır. Sport24.az xəbər verir ki, potensial təklifin məbləği təxminən 76 milyon avro civarında ola bilər.

 

22 yaşlı ingilis futbolçu Premyer Liqanın ən perspektivli mərkəz müdafiəçilərindən biri hesab olunur. İyun ayında yeni müqavilə imzalanmasına baxmayaraq, oyunçuya top-klublardan maraq getdikcə artır.

 

Eyni zamanda, futbolçuya "Liverpul" da rəqib olacaq. Klub Brantveyti Vircil van Deykin davamçısı və İbraime Konateni əvəzləyəcək potensial oyunçu kimi qiymətləndirir.