"Bu gün futbolçular oyuna yaxşı köklənmişdilər. Ciddi səhv etmədən oynadılar. Qələbəyə layiq idik".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 6-cı turunun "Kəpəz"lə(3:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

 

- İbrahima Vadjinin əsas heyətdə möhkəmlənməsinə nə mane olur?

Xəstə idi. Məşq etməmişdi. Funksional formasından razıyıq. Təəssüf ki, məşqi buraxmışdı.

 

- Komandanız liderliyə yüksəldi. İndiki durumda futbolçularınızdan razısız?

Digər komandalar kimi bizdə də müəyyən məsələlər var. Biz də digər komandalarla mübarizə aparacağıq. Vaxt var. Çalışmalarımıza davam edəcəyik.

 

- Bu gün Faiq Hacıyev sağ cinahda, Xorxe Silva oynadı, yaxşı da performans göstərdi. Faiqi qarşıdakı turlarda ehtiyat skamyada görə bilərik?

Bizdə kim güclüdürsə, o da oynayacaq. Şükür Allaha hazırda komandamız yaxşıdır. Oyunçularımız kifayət qədər var. Kim yaxşı olacaqsa, o da meydana çıxacaq.