Madrid "Real"nın kapitanı Dani Karvaxala sağ ayağında əzələ zədələnməsi diaqnozu qoyulub. Sport24.az xəbər verir ki, sağ cinah müdafiəçisi 4 həftə müddətinə yaşıl meydanlardan uzaq qala bilər.

 

Ulduz futbolçu İspaniya La Liqasının yeddinci turu çərçivəsində səfərdə "Atletiko Madrid" komandası ilə matçda zədələnərək, 59-cu dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, Karvaxal bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 7 oyun keçirib.