Filippində keçirilən kişi voleybolçular arasında 2025-ci il dünya çempionatının 1/4 final mərhələsinə yekun vurulub. Sport24.az bildirir ki, bu mərhələnin ən gözlənilməz nəticəsi Bolqarısan-ABŞ görüşündə alınıb.
Oyunun gedişində 0:2 hesabı ilə məğlub olan bolqarlar geridönüş edərək 3:2 hesabı ilə qələbə qazanıblar. Onlar yarımfinalda Çexiya millisi ilə qarşılaşacaqlar. Çexiyalılar 1/4 finalda İranı məğlub ediblər - 3:1.
Digər yarımfinal cütlüyünü Polşa və İtaliya milliləri təşkil ediblər.
İtalyanlar son dünya çempionudurlar.