İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb. Sport24.az xəbər verir ki, Premyer Liqanın son qalibi Rio Nqumoanın sözləşməsinin müddətini uzadıb.

 

Bu barədə kluubun mətbuat xidmətti məlumat yayıb.

 

İngiltərə U-18 millisinin üzvü ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Liverpul" Rio Nqumoanı ötən ilin yayında "Çelsi"nin akademiyasından transfer edib. 17 yaşlı vinger bu il əsas komandaya cəlb olunub. Gənc futbolçu cari mövsümdə "qırmızılar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.