Futbol üzrə Azərbaycan I Liqasında III tura yekun vurulub. Sport24.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
"Zaqatala" səfərdə MOİK-ə qalib gəlib. "Baku Sportinq" isə doğma meydanda "Şimal"dan üstün olub.
I Liqa, III tur
MOİK - "Zaqatala" 0:1
Qol: M.Qəhrəmani, 44
"Baku Sportinq" - "Şimal" 4:1
Qollar: C.Muxtarlı, 7, R.Seyidov, 29, İ.Allahverdiyev, 48 (pen), X.Məmmədli, 85 - X.Bədirov, 80 (pen)