Türkiyə I Liqasında VII turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mert Çelikin formasını geyindiyi "Sivasspor" doğma meydanda "Adana Demirspor"u qəbul edib.
Qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Mert bu matçın iştirakçısı olmayıb. 25 yaşlı mərkəz müdafiəçisi sona qədər ehtiyatda qalıb.
7 turdan sonra 8 xal toplayan "Sivasspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.