III MDB Oyunlarının bağlanış mərasimi "Kəpəz" klubunun planlarına müəyyən qədər təsir edib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Ötən gün "Qarabağ"la çempionat matçına çıxan Gəncə təmsilçisi ayın 8-də bir araya gəlməli idi.

Lakin həmin vaxt III MDB Oyunlarının bağlanış mərasimi təşkil ediləcək. Bu səbəbdən "sarı-göylər" oktyabrın 9-da məşqləri bərpa etmiş olacaq.

Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasında keçirdiyi 7 matçın hamısında məğlub olub. Komanda mövsümə baş məşqçi Adil Şükürovla start versə də, mütəxəssis 5 turdan sonra istefaya göndərilib. Onu Azər Bağırov əvəzləyib.