19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 5-6 oktyabrda Bakıda, 6-12 oktyabrda isə Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olacaq. Sport24.az xəbər verir ki, U-19 millimiz Daşkənd toplanışı zamanı oktyabrın 9-da və 12-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Qapıçılar: Həbib Hüşənov ("Qəbələ"), Ayxan Abbaszadə ("Turan Tovuz"), Məhəmmədəli Məmmədov ("Turan Tovuz")
Müdafiəçilər: Rəşad Alışov ("Qarabağ"), Tuncay Əhmədov ("Marcet", İspaniya), Cavid Məlikov ("Qarabağ"), Məsud Əlişanlı ("Qarabağ"), Seydi Danzıyev ("Sabah"), Vüsal Paşayev ("Sumqayıt"), Həzrət Səmədov ("Sabah")
Yarımmüdafiəçilər: Əli Qazibəyov ("Qarabağ"), Eltun Babazadə ("Qarabağ"), Şahismayıl Cəfərov ("Qarabağ"), Mehdi Mütəllimli ("Qarabağ"), Anar Hüseynov ("Sabah"), Murad Məmmədov ("Qarabağ"), Ziya Şəkərxanov ("Qəbələ")
Hücumçular: Əhməd Vəliyev ("Qarabağ"), Əhliman Süleymanzadə ("Zirə"), Əliəkbər Rzazadə ("Qarabağ"), Rauf Qafarov ("Zirə"), Nihad Orucəli ("Sumqayıt"), Ömər Nəsibov ("Neftçi")