Bu gün keçiriləcək 2 oyunla Misli Premyer Liqasında VII tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.

 

Günün ilk matçı Şamaxıda keçiriləcək. "Karvan-Yevlax" "Sabah"ı qəbul edir. Heç şübhəsiz ki, kağız üzərində oyunun favoriti "bayquşlar" hesab olunur. Valdas Dambrauskasın komandası səfərdə oynamasına baxmayaraq, bütün göstəricilərdə nominal meydan sahiblərindən üstündür. Ancaq ötən tur  çərçivəsində baş tutan "Neftçi" ilə qarşılaşma (0:0) göstərdi ki, yevlaxlılar da "bərk qozdu". Bölgə təmsilçisi heç də asan təslim olmur.

 

Qeyd edək ki, matçın start fiti saat 15:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, VII tur

15:00. "Karvan-Yevlax" - "Sabah" 0:2 (1-ci hissə)

Qollar: C.L.Mikels, 31-pen. K.Parris, 37

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ömər Paşayev 
AFFA nümayəndəsi: Namiq Əliyev
Şamaxı. Şəhər stadionu.

 

"Karvan-Yevlax": 1. Kamran İbrahimov 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 2. Şakil Sno 12. Vitor Roşa 11. Kayl Spens 19. Tompson Qavi 3. Said İranxan 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 25. Əmrah Bulud 32. Elvin Yunuszadə 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 37. Mois Nqvisani 10. Samuel Durrant

Baş məşqçi: Azər Həşimov

 

"Sabah": 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 20. Coy Lens Mikels 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 33. Umarali Raxmonaliyev

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 10. Anatoli Nuriyev 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 19. Aron Maluda 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas