"Real" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini heyətinə qatmağı planlaşdırır. Sport24.az "Daily Star"a istinadən  xəbər verir ki, "Kral klubu" ispaniyalı futbolçuya görə İngiltərə təmsilçisinə 130 milyon funt sterlinq (təxminən 149,5 milyon avro) ödəməyə hazırdır.

 

Mənbənin sözlərinə görə, ingilis klubunun 29 yaşlı ispaniyalı ilə ayrılmaq niyyəti yoxdur və tezliklə yeni müqavilə ilə bağlı danışıqlara başlamağı planlaşdırır. "Siti" nəyin bahasına olursa olsun, Rodrini saxlamaq istəyir, ona sərfəli şərtlər təklif edir.

 

Qeyd edək ki, Rodri 2019-cu ildən "Mançester Siti"də çıxış edir. O, 2024-cü ildə "Qızıl top"u qazanıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.