Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal" "Bavariya"nın hücumçusu Harri Keynə illik 100 milyon avro dəyərində böyük müqavilə təklif edib. Sport24.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, səudiyyəlilər "Bavariya" və İngiltərə forvardı ilə ümumilikdə 300 milyon avro dəyərində üç illik müqavilə imzalamağa hazırdırlar.

 

Bildirilir ki, 32 yaşlı hücumçu 2023-cü ildə Yaxın Şərq klublarından gələn təklifləri rədd etsə də, bu yay fikrini dəyişə bilər.

 

Qeyd edək ki, Keyn 2023-cü ilin yayında "Tottenhem"dən "Bavariya"ya keçib. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 106 oyun keçirib, 103 qol vurub və 29 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.