Bu gün keçiriləcək 2 oyunla Misli Premyer Liqasında VII tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.

 

Günün ilk matçı Şamaxıda keçiriləcək. "Karvan-Yevlax" "Sabah"ı qəbul edir. Heç şübhəsiz ki, kağız üzərində oyunun favoriti "bayquşlar" hesab olunur. Valdas Dambrauskasın komandası səfərdə oynamasına baxmayaraq, bütün göstəricilərdə nominal meydan sahiblərindən üstündür. Ancaq ötən tur  çərçivəsində baş tutan "Neftçi" ilə qarşılaşma (0:0) göstərdi ki, yevlaxlılar da "bərk qozdu". Bölgə təmsilçisi heç də asan təslim olmur.

 

Qeyd edək ki, matçın start fiti saat 15:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, VII tur

15:00. "Karvan-Yevlax" - "Sabah"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ömər Paşayev 
AFFA nümayəndəsi: Namiq Əliyev
Şamaxı. Şəhər stadionu.