Misli Premyer Liqasının VII turuna bölgədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Qəbələ" "doğma divarlar" arasında "Şamaxı"nı qonaq edir.

 

Hər iki komanda turnir cədvəlinin alt pillərində yer aldığından bu gün aktivinə 3 xal yazdıracaq kollektiv vəziyyətini bir qədər düzəldə bilər. Bu tura qədər aktivində 6 xal olan "Şamaxı" 9-cu, "Qəbələ" isə 4 xalla 11-ci pillədədir.

 

Qeyd edək ki, 7-ci oyun həftəsinin digər qarşılaşmalarında "Qarabağ" "Kəpəz"i (1:0), "Turan Tovuz" səfərdə "Sumqayıt"ı (3:0), "Araz-Naxçıvan" isə öz meydanında "İmişli"ni məğlub edib. "Neftçi" - "Zirə" matçında isə (2:2) qalib müəyyənləşməyib.

 

Misli Premyer Liqası

I dövrə, VII tur

 

17:00. "Qəbələ" – "Şamaxı"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Qəbələ. Şəhər stadionu.