"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın "Real Madrid"lə oyuna (26 oktyabr) qədər sağalıb-sağalmayacağı haqda suala cavab verib. Sport24.az xəbər verir ki, klub 3 oktyabrda açıqlayıb ki, futbolçunun qasıq nahiyəsində ağrılar yenidən başlayıb.

 

Bildirilib ki, o, 2-3 həftə meydandan kənarda qala bilər.

 

Flik deyib: "Biz bilmirik, Lamin nə vaxt qayıdacaq. Onda əzələ zədəsi yoxdur, buna görə təxmin etmək çətindir. Ola bilər 2, 3 ya da 4 həftə sonra qayıtsın. Bilmirəm, "El-Klasiko"ya hazır olacaqmı. O, bərpa qrupunda çalışacaq. Proses addım-addım gedəcək".

 

Xatırladaq ki, "Barselona" ilk dəfə 13 sentyabrda Yamalaın qasıq nahiyəsində narahatlıq hiss etdiyini açıqlamışdı. 28 sentyabrda isə klub onun sağaldığını bildirmişdi.