İngiltərənin "Arsenal" klubu futbolçusu Qabriel Jezusu 30 milyon funt sterlinqə satmaq istəyir. Sport24.az xəbər verir ki, "topçular" hücumçu ilə yollarını ayırmaq niyyətindədir.

 

"Everton" braziliyalı forvardla maraqlanır. London təmsilçisi 28 yaşlı oyunçunu 2022-ci ildə 45 milyon funt sterlinqə alıb.

 

Qeyd edək ki, Qabriel Jezus cari mövsüm zədə səbəbindən hələlik meydana çıxa bilməyib.