"Mançester Siti" "Bavariya"nın yarımmüdafiəçisi Aleksandr Pavloviçi transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 21 yaşlı almaniyalı ispan Rodrini əvəzləyən futbolçu kimi nəzərdən keçirilir.

 

Qeyd edək ki, Pavloviç 2025/26 mövsümündə bütün turnirlərdə səkkiz matçda bir qol vurub. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 55 milyon avro olaraq qiymətləndirir.