"İnter Mayami" "Real"ın və "Tottenhem"in keçmiş müdafiəçisi Serxio Reqilonla danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bununla bağlı insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, hazırda azad agent olan 28 yaşlı ispaniyalı MLS komandasına qoşulmağa can atır və onların təklifinə "ən yaxşı variant" kimi baxır.
Qeyd edək ki, Regilonun "Tottenhem"lə müqaviləsi 2025-ci il iyulun 1-də başa çatır. Müdafiəçi 2024/25 mövsümündə İngiltərə komandasının heyətində altı oyunda qol vura bilməyib.