Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib. Sport24.az xəbər verir ki, "Eyüpspor" Selçuk Şahinlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

44 yaşlı mütəxəssis Super Liqanın 8-ci turunun "Kocaelispor"la matçından sonra rəhbərliyə istefa ərizəsini təqdim edib. Məşqçinin istefası qəbul olunub.

 

Qeyd edək ki, Selçuk Şahin mövsümün əvvəlində "Eyüpspor"un baş məşqçisi təyin olunmuşdu. İstanbul təmsilçisi ölkə çempionatında 8 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.