Misli Premyer Liqasının VII turuna bölgədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Qəbələ" "doğma divarlar" arasında "Şamaxı"nı qonaq edir.

 

Hər iki komanda turnir cədvəlinin alt pillərində yer aldığından bu gün aktivinə 3 xal yazdıracaq kollektiv vəziyyətini bir qədər düzəldə bilər. Bu tura qədər aktivində 6 xal olan "Şamaxı" 9-cu, "Qəbələ" isə 4 xalla 11-ci pillədədir.

 

Qeyd edək ki, 7-ci oyun həftəsinin digər qarşılaşmalarında "Qarabağ" "Kəpəz"i (1:0), "Turan Tovuz" səfərdə "Sumqayıt"ı (3:0), "Araz-Naxçıvan" isə öz meydanında "İmişli"ni məğlub edib. "Neftçi" - "Zirə" matçında isə (2:2) qalib müəyyənləşməyib.

 

Misli Premyer Liqası

I dövrə, VII tur

 

17:00. "Qəbələ" – "Şamaxı" 0:1 (Birinci hissə)

Qol: Apolinario, 7-pen.


Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Qəbələ. Şəhər stadionu.

 

"Qəbələ": 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 7. Rüfət Əhmədov, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Quimbila

Baş məşqçi: Kaxaber Tsxadadze

"Şamaxı": 1. Rikardo Fernandes (k), 27. Emil Süleymanov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 97. Oruc Məmmədov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara

Baş məşqçi: Ayxan Abbasov