Kişi voleybolçulardan ibarət "Azərreyl" klubu CEV Kubokunda bu gün 1/32 final mərhələsinin cavab oyununa çıxacaq. Sport24.az xəbər verir ki, təmsilçimiz Niderlandda "Orion Stars"ın qonağı olacaq.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə Niderland təmsilçisi 3:1 hesabı ilə qalib gəlmişdi. Cütün qalibi 1/16 finalda İsveçrənin "Amrisvil" kollektivi ilə qarşılaşacaq.