"Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun şərəfinə verilən şam yeməyində iştirak edib. Sport24.az xəbər verir ki, ziyafətdə çıxış edən ABŞ prezidenti Donald Tramp oğlunun Ronaldonun fanatı olduğunu bildirib:

 

"Bilirsiniz, oğlum Kriştiano Ronaldonun böyük fanatıdır. Ronaldo buradadır (alqışlar). Düşünürəm ki, bundan sonra oğlum atasına daha çox hörmət edir. Gəldiyiniz üçün təşəkkür edirəm. Bu, böyük şərəfdir",

 

Dövlət başçısı həmçinin Ronaldonu bütün zamanların ən böyük futbolçusu hesab etdiyini vurğulayıb.

 

Qeyd edək ki, 40 yaşlı portuqaliyalı ulduz futbolçu bir müddət əvvəl mətbuata açıqlamasında DÇ-2026-nın onun üçün sonuncu mundial olacağını bildirib. Turnir gələn yay 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.