Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, qolkiper Azərbaycan dilini yaxşı bilmədiyi üçün onu tənqid edənlərə cavab verib.

O, şəxsi instaqram hesabında bunları yazıb:

"Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xöşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır".

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Fransaya 1:3 hesabı ilə uduzduqları DÇ-2026-nın seçmə mərhələsinin oyunundan sonra jurnalistlərə açıqlama verib. O, həmin qarşılaşmanın ilk hissəsində zədələnib və matça davam edə bilməyib. Qapıçı təxminən 2-3 ay yaşıl meydandalardan kənarda qalacaq.