Kurasao millisi tarixi uğura imza ataraq dünya çempionatına vəsiqə qazanan ən kiçik ölkə oldu. Sport24.az xəbər verir ki, cəmi 156 min əhalisi olan ada dövləti, İslandiyanın rekordunu yeniləyərək ilk dəfə dünyanın ən mötəbər futbol turnirində iştirak etmək hüququ əldə edib. 

 

Təcrübəli niderlandlı məşqçi Dik Advokat bu uğurda əsas rol oynayıb. O, 2024-cü ilin yanvarından Kurasao millisinin "sükanı arxasına" keçib. 

 

Qeyd edək ki, Kurasao yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ötən gecə səfərdə Yamayka ilə qolsuz bərabərə qalıb ki, qazanılan 1 xal mundiala yollanmaq üçün yetərli olub.