Moskva "Spartak"ı "Roma", "Sauthempton", "Torino", "Atalanta" və "Cenoa"nın keçmiş baş məşqçisi İvan Yuriçə təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira "X" sosial media hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, xorvat mütəxəssis Rusiya klubundan fikirləşmək üçün vaxt istəyib.
Qeyd edək ki, "Spartak" bir neçə gün öncə baş məşqçisi Deyan Stankoviçlə yolları ayırıb. Serb mütəxəssis "qırmızı-ağlar"a 2024-cü ilin yayından 2025-ci ilin payızına qədər rəhbərlik edib.
Hazırda aktivində 25 xal olan "Spartak" ilk dövrədən sonra turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.