Ötən gecə DÇ-2026-nın KONKAKAF zonası üzrə seçmə mərhələsi yekunlaşıb. Sport24.az xəbər verir ki, Panama, Kurasao və Haiti mundialın final mərhələsinə birbaşa vəsiqə qazanıb.

 

Yamayka və Surinam isə qitələrarası pley-offda mübarizə aparacaqlar.

 

Bununla da qitələrarası pley-offun bütün iştirakçıları müəyyənləşib: Yamayka, Surinam, İraq, Konqo, Boliviya və Yeni Kaledoniya.

 

Qeyd edək ki, qitələrarası pley-offun püşkatması sabah keçiriləcək.