İtaliyanın idman strukturu modernləşdirilməsə ölkənin Avro-2032-yə ev sahibliyi hüququ alına bilər. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksandr Çeferin "La Gazetta dello Sport"a açıqlamasında deyib:

 

"İtaliyanın siyasi liderləri özlərinə sual verməlidir ki, nə üçün ölkədə pis infrastruktur var. Onlar Avro-2032-yə ev sahibliyi etmək istəyir, ümid edirəm ki, problemlər aradan qalxar. Əks halda, yarış İtaliyada keçirilməyəcək".